İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
Bizi izləyin

Region

İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ

İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ

İstanbulun Maltepe rayonunda çökən 7 mərtəbəli binada 33 nəfərin yaşadığı bildirilir.

Publika.az xəbər verir ki, dağıntılar altından 10 nəfər sağ çıxarılıb, 2 nəfərin isə meyiti aşkarlanıb. Hazırda dağıntılar altında qalan son 2 nəfərin xilas edilməsi üçün işlər davam etdirilir.

Binanın tamamilə çökmə riski səbəbindən axtarış-xilasetmə işləri müvəqqəti dayandırılıb və ərazidə yalnız xüsusi cihazlarla dinləmə aparılır.

Hadisə ilə bağlı cinayət işi başlanıb. İstintaq çərçivəsində binanın layihələndirilməsi, tikintisi və təmiri zamanı səhlənkarlıq və məsuliyyətin olub-olmadığı araşdırılır.

***

Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 7 mərtəbəli yaşayış binası çöküb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Cevizli məhəlləsinin Doğu küçəsində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, ilk iki mərtəbə tamamilə çöküb, üst mərtəbələrdə qalan şəxslər xilasetmə qruplarının köməyi ilə təxliyə edilib. 14 yaşlı uşaq isə dağıntıların altından sağ çıxarılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.

Ölü və yaralı sayı açıqlanmayıb. Dağıntılar altında qalanlar var, onların axtarış-xilasetmə işlərinə başlanıb.

Binanın nə səbəbdən çökdüyü hələlik məlum deyil.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm