İran bu müqavilədən çıxır? – Pezeşkian Putinlə məsləhətləşəcək
Bizi izləyin

Region

İran bu müqavilədən çıxır? – Pezeşkian Putinlə məsləhətləşəcək

İran bu müqavilədən çıxır? – Pezeşkian Putinlə məsləhətləşəcək

İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxması məsələsi Vladimir Putin və Məsud Pezeşkian arasında görüşdə müzakirə oluna bilər.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti” agentliyinə bildirib.

“Əgər İran tərəfi bu barədə bizə məlumat verməyi zəruri hesab edərsə, əgər bu planlar həqiqətən həyata keçirilirsə, əlbəttə ki, bunu müzakirə edəcəklər”, - deyə Peskov bildirib.

Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Söhbət zamanı tərəflər Tehran və Moskva arasında ikitərəfli və strateji əməkdaşlığın davam etdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm