ABŞ Ermənistan vətəndaşlarının məlumatlarına çıxış əldə edib - Rusiyada şok iddia
Bizi izləyin

Region

ABŞ Ermənistan vətəndaşlarının məlumatlarına çıxış əldə edib - Rusiyada şok iddia

ABŞ Ermənistan vətəndaşlarının məlumatlarına çıxış əldə edib - Rusiyada şok iddia

Ermənistanda Qərb məlumat emalı mərkəzinin (DPC) istifadəyə verilməsindən sonra ABŞ Ermənistanın dövlət qurumlarına, şirkətlərinə və vətəndaşlarına məxsus məlumatlara daxil ola biləcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.

"Qeyd etmək istərdim ki, “Firebird” ABŞ qanunlarına tabe olduğundan, ABŞ kəşfiyyat orqanları onun serverlərində emal olunan bütün məlumatlara çıxış əldə edəcəklər. Bu o deməkdir ki, Ermənistanın dövlət qurumlarına, şirkətlərinə və fərdlərinə məxsus məlumatlara ABŞ-a Ermənistan hakimiyyətinin razılığı olmadan daxil olmaq imkanı verəcək", - Şevtsov deyib.

O əlavə edib ki, bu cür mərkəzlərdən Qərb kəşfiyyat orqanlarının maraqları naminə, o cümlədən İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı analitik və kəşfiyyat işləri aparmaq üçün istifadə etmək olar.

"Vurğulamaq istərdim ki, “Razdan” obyekti Ermənistanın daxili ehtiyacları üçün açıq-aydın həddindən artıqdır, çünki "Rostelekom"a məxsus OVIO məlumat mərkəzi ölkədə 2024-cü ildən fəaliyyət göstərir və kommersiya və dövlət qurumlarının məlumat saxlama ehtiyaclarını tam ödəyir", - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini bildirib.

Bu ilin avqust ayının əvvəlində Ermənistanın Razdan şəhərində “Nvidia” prosessorlarında işləyən süni intellekt üçün “Firebird AI” məlumat mərkəzi açılıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm