Hörmüz boğazında xam neft tankeri partladı
Bizi izləyin

Region

Hörmüz boğazında xam neft tankeri partladı

Hörmüz boğazında xam neft tankeri partladı

Hörmüz boğazında İran hakimiyyəti ilə razılaşdırılmamış marşrutla hərəkət edən xam neft daşıyan ultraağır tankerdə partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-ın mətbuat xidmətinin bildirdiyinə görə, gəmi naviqasiya sistemlərini söndürüb. Təhlükəli marşrutla hərəkət edərkən minaya çırpılıb. Bundan sonra tankerdə yanğın başlayıb və alov sahildən aydın görünür.

“Hörmüz boğazının təhlükəsizlik qaydalarına və qanunlarına məhəl qoymayan istənilən qayda pozan tankerin sonu dəhşətli yanğın olacaq”, — deyə SEPAH bəyan edib.

ABŞ-la münaqişə başlayandan sonra İran bu dəniz marşrutunu bağlayıb. Dünya üzrə neft tədarükünün beşdə biri Hörmüz boğazının payına düşür. İranın tətbiq etdiyi məhdudiyyətlər dünya bazarında neftin və xammalın qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Tehran strateji keçid üzərində suverenliyinin hər hansı şəkildə pozulmasına dözməyəcəyini bəyan edib və vurğulayıb ki, ABŞ müharibəni və ölkəyə qarşı blokadanı dayandırmayana qədər bu su yolu ilə hərəkət bərpa olunmayacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm