Region
Anna Akopyan Ermənistan universitetlərini səfərbər etdi
Məişət zorakılığına qarşı qanunvericiliyi sərtləşdirmək təşəbbüsünü irəli sürən və 1 oktyabrdan etibarən bölgələrə səfər edib bu mövzuda imza toplayacağını açıqlayan Anna Akopyan respublika universitetlərini səfərbər edib.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilir ki, bir sıra universitetlərin dəhlizlərində "Ermənistan Respublikası Milli Assambleyasında məişət zorakılığına qarşı sərt və effektiv vasitələr dəstini təmin edən qanunvericilik layihələrinin qəbul edilməsinin tərəfdarısınızmı? Əgər belədirsə, xahiş edirəm imzalayın" yazısı olan böyük plakatlar yerləşdirilib.
“Dünən öyrəndik ki, İqtisadiyyat Universitetinin rəhbərliyi veb saytında tələbələri imza toplamağa qoşulmağa çağırıb. Amerika Universitetində isə həmin plakat yerləşdirilib və yanında masa qoyulub. Lakin tələbələrdən biri bizə bu təşəbbüsə laqeyd yanaşdıqlarını, əsasən oxuduqlarını, gülümsədiklərini bildirdi. Həmin universitetdə nə qədər imza toplandığını öyrənə bilmədik”, - nəşr qeyd edir.
Müəllif: Tural
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR















.jpg)
























