Region
Biz bu məsələni dostcasına həll etmək istəyirik - Paşinyandan Moskvaya mesaj
“Rusiya Dəmir Yolları”nın baş direktoru Oleq Belozerov mənim şəxsi dəvətimlə Ermənistana gəlib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 15 oktyabrda hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
Oktyabrın 14-də Belozerovun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan hökumətinin üzvləri ilə görüşüb.
“Açılış nitqimdə qeyd etdim ki, prinsipcə Rusiya güzəşti ilə bağlı heç bir problemimiz yoxdur. Bizim problemimiz dəmir yolumuzun rəqabətədavamlı olmasıdır”, - deyə Paşinyan bildirib.
Hökumət başçısının sözlərinə görə, bu məqsədə çatmaq üçün aparılan təhlillər göstərib ki, rasional həll yolu konsessiya idarəetmə formatını dəyişdirməkdir.
"Yəni faktiki olaraq nəzarətin üçüncü ölkələrə ötürülməsidir. Lakin rusiyalı həmkarlarımız bu məsələyə öz həll yollarını təklif edə bilsələr, biz bunu nəzərdən keçirməyə tam hazırıq", - deyə Baş nazir vurğulayıb.
O, həmçinin bir gün əvvəl işçi qrupu yaratmağı təklif etdiyini açıqlayıb:
“Üç ay ərzində işçi qrup Ermənistan dəmir yollarının rəqabətədavamlı olması sualına cavab verməlidir. Bu, xüsusilə də digər proseslərin də davam etdiyini nəzərə alsaq, doğru idi”.
Paşinyan qeyd edib ki, sanksiyaların təsiri ilə bağlı iki tərəfin mövqeyi fərqlidir: Rusiya tərəfi onların dəmir yolunun fəaliyyətinə mane olmadığına inanır, Ermənistan tərəfi isə onları əhəmiyyətli bir problem kimi görür:
“Biz bu məsələni dostcasına həll etmək istəyirik".
Müəllif: Tural
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır







.jpg)








.jpg)







.jpg)











