Rəsmi xronika
3 min nəfərə ŞAD XƏBƏR - Prezident SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalyıb.
Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon (səkkiz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
-
Yaxın Şərq09:55Sabiq ABŞ diplomatı: Yaxın Şərqin ən zəngin ölkəsi ən yoxsul ölkəni bombalayır
-
Avropa09:37Polşadan Rusiyaya sərt xəbərdarlıq: "Təxribat olsa, ordumuzu göndərəcəyik!"
-
Maraq dünyası09:19Moskvanın rekordçu ailəsi: Evdə 15 uşaq böyüyür
-
İdman09:10Çempionunun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var
-
Dəb07:4770-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı



































