Rəsmi xronika
Prezident: "Biz erməni faşizminin belini qırırıq”
“Üç dəfə Ermənistana şans verildi. Baxmayaraq ki, bizim Ordumuz uğurlu əməliyyat keçirirdi. Buna baxmayaraq beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq, üç dəfə biz atəşkəslə bağlı razılığa gəldik”.
Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.
“Üç dəfə də Ermənistan bunu kobudcasına pozub. Birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə, ikinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu, üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması və onun nəticəsində 21 insan həlak oldu və 70 insan yaralanmışdı. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdu. Bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”, - Prezident əlavə edib. (report)
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər












.jpg)



.jpg)



















