Rəsmi xronika
İlham Əliyev Overçuku qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Publika.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunulub, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğulanıb. Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması prosesinin çox fəal getdiyi bildirilib.
Söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)