Rəsmi xronika
İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Sancarı qəbul edib.
Publika.az xəbər verir ki, Əziz Sancar Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini dedi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Sancarın Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğuladı.
Dövlətimizin başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Sancarın yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirdi. Əziz Sancarı türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmnunluğunu bildirdi və Azərbaycan xalqının ona həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğuladı.
Sonda xatirə şəkli çəkdirildi.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)