Rəsmi xronika
Prezident “Qafqaz Qartalı” təliminə dair sənədi təsdiqlədi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Qanunu imzalayıb.
Sənəd 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.
Sənəddə qeyd edilib ki, göndərən ölkə (GÖ) “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində iştirak edəcək şəxsi heyətinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi peyvəndlərin ev sahibi ölkəyə (ESÖ) girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçaları şəxsi heyətin üzərində olur.
Anlaşma Memorandumu çərçivəsində hər hansı fəaliyyətin həyata keçirilməsinə qadir olması üçün GÖ-nün şəxsi heyəti sağlamlıq baxımından yararlı olmalıdır. ESÖ tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb olunur.
Sənəddə o da vurğulanıb ki, ev sahibi ölkə (ESÖ) yaralanma və ya ölüm halında göndərən ölkəni (GÖ) məlumatlandırır. Ölüm halında ESÖ GÖ-nün qaydalarına riayət olunmasını təmin etmək üçün meyitlə bağlı prosedurların aparılmasından və ya yarılmadan əvvəl GÖ ilə koordinasiya edir. GÖ-nün təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştiraketmə və yekun yarılma raportunun bir nüsxəsini əldəetmə səlahiyyətinə malikdir.
Bundan əlavə, cənazə yarılmanın başa çatmasından sonra daşınması üçün dərhal GÖ-yə təhvil verilir. Bu halda ESÖ münasib daşıma vasitələrini təmin edir. Xəstənin və ölüm halında cənazənin GÖ-yə göndərilməsi ilə bağlı bütün xərclərə görə GÖ cavabdehdir.
Qəzalar/insidentlər baş verdiyi halda, meyitin geri göndərilməsindən irəli gələn bütün xərclər GÖ-nün cavabdehliyində olacaq.
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm

































.jpg)
.jpg)

