Rəsmi xronika
İlham Əliyev polşalı həmkarına məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir.
İnanıram ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)