Rəsmi xronika
Biz onlara pislik etməmişdik, çörək vermişdik

44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər.
Publika.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.
"Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar", - Prezident deyib.
-
ABŞ11:08
Məxfi Xidmət “ov qülləsi” aşkar etdi: Trampın təyyarəsini izləyirmiş
-
Dünya10:18
Trampın Zelenskiyə təklifinin detalları açıqlandı: Ukrayna bu ərazilərdən imtina etməlidir
-
İdman10:00
Ronaldonun oğlunun saat kolleksiyası üzə çıxdı: Ən bahalı modelin qiyməti... - FOTOLAR
-
İdman09:24
Arda Ukrayna - Azərbaycan oyununda kimə azarkeşlik edib? - Mənim üçün çətindir...
-
ABŞ08:36
Oteldə KURYOZ OLAY - Siçovul yatmış qadının dırnaqlarını gəmirdi
-
Sağlamlıq08:00
Qazlı suyun elə faydaları üzə çıxdı ki...
-
Nida Xəbər 07:30
"Sputnik Azərbaycan"ın icraçı direktoru Bakıdan Moskvaya uçdu
-
Magazin106:46
“Hər gülüşündə buradasan” - VİDEO