Rəsmi xronika
İlham Əliyev Tacikistan Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Sizin müdrik rəhbərliyiniz altında qardaş Tacikistanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun artması bizi sevindirir.
Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur.
Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Cari ilin iyulunda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakınızı və Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan ilə Tacikistan arasında dostluq əlaqələrinin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail olacağıq.
Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm".
-
Qarabağ 12:12Moskvadan Bakı və İrəvan siqnalı: Yeni “3+3” görüşünün yeri açıqlandı
-
Sosial11:56Hərbi xidmətdən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
-
Nida Xəbər 11:26Ukrayna dronla hücum etdi: Azərbaycanın 5 vətəndaşı həlak oldu
-
İdman11:12Xameneidən tələb edirlər: Buna icazə verir - Tehranda nə baş verir?
-
Dünya11:06Nazirin son günləri: Rusiyaya hücum çağırışı başına bəla oldu
-
Nida Xəbər 11:00Leyla Əliyeva WED-lə bağlı paylaşım etdi - VİDEO
-
Dünya10:42Özgür Özəlin yeni partiyasının adı bəlli oldu - İmamoğlu ilə...
-
Sağlamlıq09:12Ürəyinizin sağlamlığı üçün bu meyvəni səhər yeməyinə əlavə edin - Həkim tövsiyəsi























.png)














