Rəsmi xronika
Prezident Xocalı rayonunun Daşbulaq kəndində - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində olub.
Publika.az xəbər verir ki, dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verilib.
Qeyd edək ki, bu kənd də Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulması işləri icra olunub.
Uzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, su anbarı və subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb. Eyni zamanda, 8 kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidən qurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib və artıq tikinti işlərinə hazırlıq gedir.
Kənddə sosial və məişət obyektləri istifadəyə verilib, park, bayraq meydanı salınıb, kənddaxili yollara asfalt vurulub.
Bildirilib ki, Daşbulaqda 195 ev var. Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 ev bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq. İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.
Dövlət başçısı kəndə köçən Məzahir Novruzovun evində oldu, ailə üzvləri ilə söhbət edib.
-
Nida Xəbər 11:26Ukrayna dronla hücum etdi: Azərbaycanın 5 vətəndaşı həlak oldu
-
İdman11:12Xameneidən tələb edirlər: Buna icazə verir - Tehranda nə baş verir?
-
Dünya11:06Nazirin son günləri: Rusiyaya hücum çağırışı başına bəla oldu
-
Nida Xəbər 11:00Leyla Əliyeva WED-lə bağlı paylaşım etdi - VİDEO
-
Dünya10:42Özgür Özəlin yeni partiyasının adı bəlli oldu - İmamoğlu ilə...
-
Sağlamlıq09:12Ürəyinizin sağlamlığı üçün bu meyvəni səhər yeməyinə əlavə edin - Həkim tövsiyəsi
-
Magazin209:00Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya08:40Robot fırlanaraq uşağa zərbə endirdi - ANBAAN VİDEO



















.png)












