Rəsmi xronika
Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq
İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimində ölkədə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşündə deyib.
Prezident bildirib ki, iki ölkə sözün əsl mənasında, strateji tərəfdaşdır:
"Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır".
Dövlət başçısı qeyd edib ki, İtaliya-Azərbaycan əməkdaşlığı, məsələn, energetika sahəsində böyük bir inkişafa yol açmışdır:
"Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur. Əgər o vaxt bu həll olunmasaydı, bu gün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik, Avropa məkanı da. Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həlledici rol oynamışdır".
İlham Əliyev vurğulayıb ki, qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir, neft təchizatına görə birinci yerdədir:
"Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq".
-
Magazin203:13Di Kaprionun sevgilisi jurnal üçün çılpaq pozalar verdi - FOTO
-
Avropa00:15Zelenski Putinə açıq məktub yazdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir insan daxili dünyanızda yeni hisslər oyada bilər
-
ABŞ4 İyun 23:50Mask planetin ilk trilyonçusu olacaq
-
Magazin14 İyun 23:36Oğluna dördüncü dəfə Laçında toy etdi
-
İdman4 İyun 21:48Ayxan Abbasov: “Belə söhbətlərə qarışa bilmirik”
-
Magazin14 İyun 20:48Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
İdman4 İyun 20:12Şəxsi təyyarə ilə Liverpula gəldi - Yaxın saatlarda…












.webp)













.jpg)












