Rəsmi xronika
Prezident: "Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub"
"Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin axtarışındadırlar".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
"Bu nöqteyi-nəzərdən multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyətin və birgəyaşayışın çox müsbət ruhu, bütün etnik mənsubiyyəti olan insanlar və bütün ənənəvi dinlərin nümayəndələri arasındakı qarşılıqlı hörmət həqiqətən də bu ruhu yaradır ki, insanlar Bakıda ev, mənzil almaq, yay fəslini, tətilini gəlib burada - dəniz sahilində keçirmək, həmçinin investisiya yatırmaq istəyirlər. Çünki siz tikinti mərhələsində investisiya yatırdıqda artıq layihə başa çatdıqdan sonra onu ikiqat qiymətə sata bilərsiniz", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı











.png)





















