Rəsmi xronika
Sülh artıq praktik müstəviyə keçib - Prezident
Sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək və bu istiqamətdə əldə olunan nəticələr artıq öz bəhrəsini verir.
Publika.az xəbər verir ki, bu bu fikirləri Prezident İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən səsləndirib.
Dövlət başçısı qeyd edib ki, yaxın keçmişə, xüsusilə son onilliyə nəzər saldıqda Azərbaycanın keçdiyi yol nadir nümunədir:
"Son qanlı döyüşlərdən sülhə gedən yol cəmi iki il çəkib və bütün əziyyətlərə, qurbanlara baxmayaraq, sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirilib".
İlham Əliyev çıxışında Azərbaycanın artıq beş ildir sülh şəraitində yaşadığını diqqətə çatdıraraq bildirib ki, son aylar sülh prosesi ticarət sahəsi də daxil olmaqla praktik müstəviyə keçib.
Dövlət başçısı bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüş zamanı sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini vurğulayıb, bu prosesdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı











.png)





















