Sağlamlıq
Sağlam olmaq istəyən qara kişmiş yesin
Üzüm yeganə meyvədir ki, qurudulduqdan sonra daha xeyirli olur. Xüsusilə, qış aylarında qozla, fındıqla kişmişi qarışdırıb yeməyin öz ləzzəti var.
Publika.az xəbər verir ki, türkiyəli həkim Şəfiqə Aydın bu faydalı çərəzin daha öncə heç yerdə eşitmədiyiniz faydalarından danışıb:
“Xüsusilə, qara kişmiş mütləq qida rasionunda yer almalıdır. Kişmiş dəmirlə zəngindir. Diş və sümükləri gücləndirir. İnsana enerji verir. Hamilələrə və əmizdirən analara tövsiyə olunur”.
Həkimin sözlərinə görə, ideal çəkidə qalmaq istəyənlər kişmişin ehtiva etdiyi kalorini nəzərə almalıdırlar:
“1 armudu stəkan kişmişdə 325 kalori olur. Ona görə də, kökəlmək istəyənlər kişmiş yeməlidirlər. İdeal çəkisini qorumaq istəyənlər isə həftədə 2-3 dəfə yarım stəkan kişmiş yeməklə kifayətlənsinlər”.
Həkim bildirir ki, kişmiş göz problemlərini aradan qaldırır, bağırsaq xərçənginin qarşısını alır.
“Göz üçün çox faydalıdır. Xərçəng xəstəliyinə, xüsusilə də bağırsaq xərçənginə qarşı təsirlidir. Klimaks dövründə qadınlar bol miqdarda kişmiş yeməlidirlər. Beləliklə, klimaks səbəbindən orqanizmdə baş verən dəyişikliklər daha gec nəzərə çarpacaq”.
Ləman Sultan
-
Magazin120:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya19:55Nazirlikdən hava ilə bağlı ƏHALİYƏ MÜRACİƏT
-
Sosial19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Ekologiya18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Rəsmi xronika17:16Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:38“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video
-
Rəsmi xronika15:09Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir - İlham Əliyev
-
Qoroskop15:00Kişilər bu bürclərin qadınlarına "yox" deyə bilmirlər






































