Sağlamlıq
Siqareti tərgitdikdən sonra ağciyərlərdə dəyişiklik nə vaxt başlayır?
Siqaretdən imtina etdikdən sonra ağciyərlərdə ilk müsbət dəyişikliklər 2 həftə – 3 ay ərzində müşahidə olunmağa başlayır.
Publika.az xəbər verir ki, bu barədə TASS-a pulmonoloq Marina Makarova danışıb.
Həkimin sözlərinə görə, ağciyərlər bərpa olunma qabiliyyətinə malikdir və bu orqanlarda regenerasiya prosesi mümkündür. Lakin bəzi zədələnmələr tamamilə geri dönməz ola bilər.
“Bərpa dərəcəsi insanın yaşı, siqaret çəkmə stajı və mövcud xəstəliklərdən asılıdır”, - deyə həkim qeyd edib.
Makarova bildirib ki, siqaretdən imtina edildikdə mukosiliar sistemin işi bərpa olunur: epitel toxumasının kirpikli hüceyrələri yenidən formalaşır və tənəffüs yolları mikroblardan təmizlənir, oksidləşmə prosesi azalır. Eyni zamanda qan dövranı və ağciyər funksiyası yaxşılaşır. Nəticədə insan daha az öskürür, təngnəfəslik azalır.
Bununla yanaşı, xroniki obstruktiv ağciyər xəstəliyi zamanı bəzi dəyişikliklərin geri dönüşsüz olduğu da vurğulanıb. Lakin siqaretdən imtina xəstəliyin gedişinə müsbət təsir göstərir, tənəffüs funksiyasının sürətlə pisləşməsini ləngidir və hospitalizasiya riskini azaldır.
Bundan əvvəl isə pulmonoloq Olqa Çagaraeva bildirib ki, siqaret tüstüsü dərindən çəkilməsə belə, nikotin və zəhərli maddələr ağız boşluğunun selikli qişası vasitəsilə orqanizmə sorulur və asılılıq yaranır. Həkim əlavə edib ki, tüstü ağız, udlaq və qırtlaq selikli qişası ilə təmasda olduqda kanserogen maddələr bədxassəli dəyişikliklərin yaranmasına səbəb ola bilər.
Adəm
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































