Depressiyaya düşməmək üçün...
Bizi izləyin

Sağlamlıq

Depressiyaya düşməmək üçün...

Depressiyaya düşənlərin sayı hər il artır. 2020-ci ildə dünya əhalisinin 70 faizinin depressiyadan əziyyət çəkəcəyi gözlənilir. Türkiyəli diyetoloq Gizem Akgül bu təhlükəni sovuşdurmağın mümkün olduğunu açıqlayıb. Diyetoloqun sözlərinə görə, sağlamlığa faydalı qidalar yemək bir çox psixoloji problemin qarşısını alır.

Publika.az diyetoloqun məsələhətlərini təqdim edir:

Gizem Akgül bildirib ki, B qrupu vitaminlərinin çatışmazlığı zamanı insanın depressiyaya düşə bilər: “B-12 vitamini çatışmazlığı depressiya, yaddaşsızlıq, zehni yorğunluq, baş ağrısı kimi hallara səbəb ola bilir. Balıq, yumurta, süd və süd məhsullarında bol miqdarda B 12 vitamini var. B qrupu vitaminləri sinir sistemi və qırmızı qan hüceyrələrinin istehsalı, göz sağlamlığı üçün də vacibdir. Darı, un, noxud, mərci və quru lobya da sizi B qrupu vitaminləri ilə təmin edə bilər”.

O, D vitamininin də əhəmiyyətini vurğulayıb: “Mərkəzi sinir sistemi üçün D vitamini də böyük əhəmiyyətə malikdir. Bu vitamin depressiyaya qarşı təsirlidir. Balıq, yumurta, göbələk, süd və süd məhsulları D vitamini baxımından zəngindir. Həmçinin, gündə 10-15 dəqiqə günəş işığına məruz qalmaqla D vitamini ehtiyacınızı tam qarşılaya bilərsiniz”.

Diyetoloqun sözlərinə görə, depressiyanın ən böyük düşmənlərindən biri də fol turşusudur: “Fol turşusu çatışmazlığı zamanı da depressiyaya meyllilik artır. Ona görə də depressiyada olan xəstələrin müalicəsi zamanı fol turşusu ehtiva edən dərmanlardan istifadə edilir. Bu turşu ən çox noxud, lobya və mərcidə olur”.

Bütün bu qidaları menyunuza daxil edərək depressiyadan qoruna bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm