Yaxın Şərq
HƏMAS Trampın təklifinə "HƏ" DEDİ, amma...
Fələstin radikla HƏMAS hərəkatı silahlarını BMT-nin himayəsi altında Misir və Fələstin təhlükəsizlik qüvvələrindən formalaşdırılacaq xüsusi quruma təhvil verməyə hazır olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Kanalın hərəkatdakı mənbəsi bildirib ki, radikal qruplaşma ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış Qəzza planının müddəalarının tezliklə həyata keçirilməsində maraqlıdır.
Mənbənin sözlərinə görə, İsrail bu təşəbbüsün reallaşmasına “mane olmağa” çalışır və anklava bombardımanı dayandırmaqdan imtina edir. Mənbə əlavə edib ki, HƏMAS Qəzzada saxlanılan bütün sağ israilli girovları bir gün ərzində azad edə bilər. Həlak olmuş girovların qalıqlarının təhvil verilməsi üçün isə “əlavə vaxt” tələb olunur və ABŞ bu məsələdə “elastiklik” göstərməyə hazırdır.
"Al Hadath" dəqiqləşdirib ki, Qəzzada olan HƏMAS rəhbərliyinin üzvləri istədikləri halda anklavı tərk edə bilərlər və Vaşinqton onların təhlükəsizliyinə və gələcəkdə sui-qəsdlərə məruz qalmayacaqlarına zəmanət verir. Hərəkat bu məsələlərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Hüseyn İbadlı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































