Sağlamlıq
Şəfaverici gücü olan 5 QOXU - Elmdə sübut olunub!
Elmdə sübut olunub ki, adaçayı, lavanda, portağal, nanə və darçın yağının qoxusu bəzi xəstəlikləti müalicə edir.
Publika.az oxucuları şəfa verici təsiri olan bitkilərlə tanış edib.
Qədimdə insanlar aromatik yağlardan dərman kimi istifadə edirdilər. Onların müalicəvi xüsusiyyətlərini alimlər bu gün də təsdiqləyir.
Adaçayı
Adaçayının müalicəvi xassələri hələ antik dövrlərdə insanlara məlum idi. O zamanlar bu bitki Aralıq dənizində və Mərkəzi Asiyada yayılmışdı. Hesab edilirdi ki, antiseptik xüsusiyyətlərə sahib olan adaçayı spazmalara kömək edir. 2013-cü ildə aparılan araşdırmalar bu faktları bir daha təsdiqləyib.
Adaçayı yağının qoxusu həm qadınlara xarakterik qarın ağrılarının öhdəsindən gəlməyə kömək edir, həm stressi azaldır, habelə yaddaşı yaxşılaşdırır.
Tədqiqatçıların fikrincə, bu, orqanizmin təmizlənməsinə kömək edən güclü antioksidantdır, həmçinin qocalma prosesini sürətləndirən və xərçəng yaradan sərbəst radikalların inkişafına da mane olur. Amma həddini gözləmək lazımdır. Yadda saxlayın ki, fayda gətirə bilən bitki artıq olduqda əks effekt göstərə bilər.
Həmçinin həkimlər hamilə qadınlara adaçayından istifadə etməyi məsləhət görmürlər. Bu bitki onların orqanizmi üçün təhlükəlidir, həmçinin südəmər anaları süddən məhrum edə bilər.
Nanə
Nanə yağı ilk dəfə Qədim Misirdə istifadə edilib. Ümumiyyətlə orada ətirli yağların istehsalı yüksək səviyyədə olub. Nanə yarpağı isə eramızdan 1000 il əvvəl piramidaların tarixi quyularından tapılıb.
Bu gün çoxsaylı tədqiqatlar sübut edir ki, nanə yağı bağırsaq sindromu zamanı ağrıları azaldır, mədə-bağırsaq fəaliyyətinin yaxşılaşmasına kömək edir, vərəm iltihabını azaldır.
2000-ci ildə "Pharmacology Ailment" jurnalında dərc olunmuş elmi məqalədə bildirilib ki, 90 mq nanə yağı ilə 50 mq zirə yağı qarışığının müntəzəm istifadəsi funksional dispersiyadan əziyyət çəkən xəstələrin sağalmasında mühüm irəliləyişlərə səbəb olub.
Sağlam insanlara isə nanə yağı stressin öhdəsindən gəlməyə kömək edir. Boston universitetinin doktoru tədqiqatlar zamanı müəyyən edib ki, nanə yağı həm də yaddaşı yaxşılaşdırır.
Portağal
Portağal yağı qoxusu da stressi azaldır. Nahaq yerə ondan rahatladıcı masajlarda istifadə etmirlər. Onun tərkibində sinir və ürək-damar sistemini sakitləşdirən, gərginliyi azaldan xüsusi inqrediyentlər var. Sitrus meyvəsinin qoxusunun müalicəvi xususiyyətindən baş ağrısı vasitəsi kimi də istifadə edirlər.
Portağal esensi hətta bağırsaq xəstəliklərinin müalicəsinə kömək edir. 2008-ci ildə "Journal of food science" jurnalında dərc olunmuş məqalədə deyilir ki, bu, aparılan tədqiqatlarda sübut olunub. Portağal yağı bakteriyaların qarşısını alan əla antiseptik vasitədir. Yalnız bir qüsuru var, portağal güclü allergiyaya səbəb olur. Odur ki, ekspertlər hər ehtimala portağal yağını hər hansı yağla qarışdırmağı məsləhət görürlər.
Darçın
Əgər diqqət pozğunluğu və fikir dağınıqlığından əziyyət çəkirsinizsə, onda darçın bu problemlərin həllinə kömək edəcək. Bu, xüsusilə sürücülər üçün faydalıdır. Məsələ ondadır ki, darçın qoxusu tənəffüsü sakitləşdirir və fikri toplamağa kömək edir. Bunu amerikalı tədqiqatçılar araşdırıb.
Onlar həmçinin əlavə ediblər ki, darçın qoxusu insanlarda reaksiya tezliyini yaxşılaşdırıb. Alimlərin fikrincə, bu müşahidələr gələcəkdə Altsheymer xəstəliyinin inkişafının qarşısını almağa kömək edəcək.
Canlandırıcı keyfiyyətləri ilə yanaşı, darçın antibakterial xüsusiyyətləri ilə də tanınır. Məsələn, darçın qoxusu başağrısını aradan qaldırmağa qadirdir, eləcə də soyuqdəymə kimi ilk simptomları yüngülləşdirir.
Lavanda
Hamı bilir ki, lavanda yuxusuzluq problemləri və depressiyanın öhdəsindən gəlməyə kömək edir. O da məlumdur ki, lavanda yağı saç tökülməsin qarşısını alır. "Comprehensive The Natural Medicines Database” tədqiqat mərkəzinin alimləri deyirlər ki, lavanda saçlar üçünü çox effektlidir.
Yüngül məstedici keyfiyyətləri sayəsində lavandanı ağrıkəsici vasitə kimi istifadə etmək olar. Bu barədə İsfahan Tibb Universitetinin tədqiqatçıları bildirib. Onlar bunu badamcıq əməliyyatından sonra uşaqlarda ağrıları azaltmaq məqsədi ilə istifadə edib. Nəticədə lavanda yağının qoxusunu iyləyən uşaqlar, digər xəstələrdən daha az ağrı hiss edib.
Lavanda yağı yaraları sağaltmaq qabiliyyətinə də malikdir. Əgər onu yod ilə qarışdırsanız, yara daha tez sağalacaq. Bu barədə türkiyəli alim "Evidence-Based Complementary and Alternative Medicine" nəşrində bildirib.
Aytən
-
Magazin103:35
O mahnıları məndən istəsələr də, oxumaram - Üzeyir Mehdizadə
-
İdman02:43
Kim deyir ki, Messi məndən yaxşıdır? – Ronaldo bu sualı verdi və... - VİDEO
-
Qoroskop01:10
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Hadisə00:35
Azərbaycanda nazirlik əməkdaşı intihar etdi
-
Nida Xəbər 00:15
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı PAYLAŞIM
-
Kriminal23 Dekabr 23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin223 Dekabr 22:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə23 Dekabr 22:07
Bakıda uçqun oldu - Ölən var