Sağlamlıq
Rozmarin çayının MÖCÜZƏVİ FAYDALARI - İNANILMAZDIR
Rozmarin həm parfum, həm də bir çox sağlamlıq problemlərinin müalicəsində istifadə edilən xoş qoxulu bitkidir.
Publika.az xəbər verir ki, rozmarin çayı ənənəvi olaraq əzələ ağrısını yüngülləşdirmək, yaddaşı yaxşılaşdırmaq, immun və qan dövranı sistemini gücləndirmək üçün istifadə edilir.
Vitaminlər, minerallar və antioksidantlar baxımından zəngin olan rozmarin əsrlərdir ərzaq və dərman kimi istifadə olunur. Nanə ailəsinə məxsus olan bu ətirli bitki və müxtəlif terapiya xüsusiyyətlərinə malikdir. Həzmə kömək edir, zehni açır və beyni inkişaf etdirir. Bundan başqa, qocalma prosesini ləngidən və stressi azaldan fitokimyasallar baxımından zəngindir.
Bədəndəki iltihabı azaldır
Bu şəfalı ədviyyat çox müxtəlif formalarda istifadə edilə bilər. Ən sevdiyiniz salatlara və yeməklərə əlavə edilir. Rozmarin yağı isə həm dəri, həm də saç üçün effektli vasitədir. Çay xüsusilə həzm və qaraciyər sağlamlığı üçün faydalıdır. Mütəmadi olaraq istehlak edildikdə, orqanizmin toksinlərdən xilas olmasına və iltihabların aradan qaldırmasına yardım edir.
Xroniki xəstəliklərə mane olur
Anti-spazmodik xüsusiyyətləri sayəsində rozmarin çayı həzm sisteminin və bağırsaqların fəaliyyətini normaya salıb şişkinliyi azaldır, həmçinin sərbəst radikalları neytrallaşdırır.
Faydalı bağırsaq mikroblarını çoxaldır
Rozmarindəki karnosik turşusu mikrofloranı tarazlaşdırmağa kömək edir və yaxşı bağırsaq bakteriyalarının böyüməsini dəstəkləyir. Nəticədə, həzm sistemi sürətlənəcək və bədən yağlarını daha tez parçalaya biləcək. Bağırsaqların normal fəaliyyəti immun sistemini gücləndirdiyi üçün bədən daha gec-gec xəstələnəcək.
Vitamin anbarı
Rozmarin çayı mükəmməl A vitamini, C vitamini, karotenoidlər, kalium, kalsium, maqnezium və fosfor mənbəyidir. Bədəninin normal işləməsi üçün onun bu qida maddələrinə ehtiyacı var. Rozmarinin tərkibindəki minerallar, elektrolit tarazlığını bərpa etməyə kömək edir və əzələ spazmalarını yüngülləşdirir.
Rozmarin çayının qida dəyəri cədvəli
Mis 301 mq
Pəhriz lif 10 q
Enerji 131 Kkal
Dəmir 65 mq
Maqnezium 91 mq
Manqan 960 mq
Niasin 912 mq
Pantotenik turşusu 804 mq
Protein 31 g
Piridoksin 336 mq
Riboflavin 152 mq
Tiamin 036 mq
C Vitamini 21 Mq
Sink 93 mq
Qan dövranını aktivləşdirir
Rozmarin çayı orqanizminizdə daha mühüm bir funksiyanı yerinə yetirməyə kömək edir. Qırmızı qan hüceyrələri hazırlayır və müvafiq qan dövranını təmin edir.
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp






























.jpg)



.jpg)

