Sağlamlıq
Həkimdən arıqlamaq üçün VACİB MƏSLƏHƏT
Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov arıqlamaq üçün vacib məsləhətlər verib.
Publika.az xəbər verir ki, həkim bayram ərəfəsində kalorili yeməklər yeyən insanların sonradan iştahanı azaltmaqda əziyyət çəkdiyini deyib: "Stress hormonu olan kortizol insanın doyma hormonu olan leptine qarşı həssaslığını azaldır. Yəni stresli vəziyyətdə sizin beyninizə doyma siqnalı gec çatacaq. Həm də stress vaxtı insan şirin məhsullar yemək istəyir ki, beyində xoşbəxtlik işinə baxan serotonin ifraz edilsin. Şirin qidaların zərərləri hamıya məlumdur.
Stresdən uzaqlaşmağın ən yaxşı yolu musiqiyə qulaq asmaq, arada gözləri yumub dərindən bir neçə dəfə nəfəs almaq və nanəcövhər iyləməkdir. Hər 2 saatdan bir nanə iyləyin, bu, sizin iştahanızı da azaldacaq. İçdiyiniz suya xiyar doğrayın. Bu zaman su içməkdən yorulmayacaqsız. Aclıq və susuzluq mərkəzi beyində çox yaxındır, çoxlu su içmək canavara dönmüş iştahanızı sakitləşdirəcək.
Yemək yeməzdən əvvəl 5 dəqiqəlik də olsa, idman edin. Məsələn, bir neçə dəfə oturub-durun, ya 10 dəfə atılıb-düşün. Ürəyinizin döyüntüsünü hiss etdinizsə, demək aclıq hormonu olan grelini tormozlaya bildiniz. Bundan sonra yeməyə başlayanda istər-istəməz az yeyəcəksiniz".
Aytən Məftun
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi