Sağlamlıq
Bu kişiləri CİDDİ TƏHLÜKƏ gözləyir - ARAŞDIRMA
Mütəmadi məşq edən kişilərin sperma keyfiyyəti oturaq həyat tərzi sürən həmcinslərindən daha yaxşıdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Huazonq Elm və Texnologiya Universiteti, eləcə də Tonqci tibb məktəbində aparılan araşdırmalar kök və az hərəkət edən kişilərdə cinsi istəyin azaldığını göstərib.
Çində həyata keçirilən tədqiqatda sperma bankına sperma verən, orta yaşı 28, ideal çəkisi olan, cinsi yolla keçən xəstəliklərə və radiasiyaya məruz qalmayan 746 kişi iştirak edib. İştirakçılardan nə qədər məşq etdikləri və digər fəaliyyətlərinin olub-olmaması öyrənilib. Sonra məşq səviyyələrinə və intensivliyə əsasən cədvəl tərtib olunub.
Gəzinti və ev işləri kimi həftəlik MET dəqiqəsi ("MET = vəzifənin metabolik ekvivalenti") qaçış və velosiped kimi gərgin fəaliyyətlərdən daha aşağı olub. Ümumilikdə, araşdırmada olan kişilərin yarısı ən azı 2 225 MET dəqiqə/həftə, daha az aktiv olanlar 526 MET dəqiqə, ən fəal olanlar isə 7,082 MET dəqiqəlik göstəricilərə sahib olub.
Kompüterlə işləyən və həddən artıq televizora baxan kişilərin sperma parametrlərində dəyişiklik nəzərə çarpmayıb.
Həddindən artıq məşqlərin sonsuzluqla əlaqəli olduğuna dair məlumatlar da var. Odur ki, məşqlər orta səviyyədə olmalıdır. Həddindən artıq sakit həyat diabet, piylənmə və ürək xəstəlikləri, həmçinin sperma keyfiyyətinin aşağı düşməsi kimi problemlərə gətirib çıxarır. Dolayısı ilə uşaq sahibi olmağı çətinləşdirir.
Odur ki, oturaq həyatı olan kişilərə çoxlu hərəkət etmək, pilləkənlərə qalxmaq və yürüşə çıxmaq tövsiyə olunub.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat














.jpg)























