Sağlamlıq
"Karantin depressiyası"nın əlamətləri açıqlandı - Cinsi istək azalır və...
"Karantin depressiyası"nın əlamətləri açıqlanıb.
Publika.az xəbər verir ki, rusiyalı həkim-psixoterapevt Ayna Qromova "Radio Sputnik"ə açıqlamasında bu barədə danışıb.
O bildirib ki, koronavirus pandemiyası səbəbilə özünütəcrid əksər şəxslərin psixikasını korlayıb:
"Məcburi karantindən dolayı bəzi adamlarda kliniki depressiya inkişaf edib. Bunun səbəbləri fərqli ola bilər, ancaq simptomlar həmişə oxşardır. Bunu hətta ailə üzvlərinin televizora baxması zamanı da hiss etmək olar.
Diqqət etməli olduğunuz ilk şey artan qıcıqlanmadır. Həkimlər bu simptomu hiperesteziya və ya sinir sisteminin həssaslığı adlandırırlar. Əgər əvvəllər bir şəxs yüksək səsli televizorun yanından sakit şəkildə ötürdüsə, indi bu səs onda kəskin reaksiya yaradır. Fəlakətli nəticələrin qarşısını almaq üçün dərhal həyəcan siqnalına diqqət yetirməlisiniz.
Səhər yuxudan durarkən özünüzü üzərinizdən sanki yük maşınının keçdiyi kimi hiss edirsinizsə, bu amil sinir sistemini tükəndirə və kliniki depressiyanın daha da inkişafına səbəb ola bilər.
Əgər əvvəllər gülümsəyirdinizsə, xəyal edir və planlar qururdunuzsa, hazırda heç bir şey istəmirsinizsə, deməli bu da sizi xəbərdar etməlidir. Depressiya halında insanların yemək istəmədiklərini qeyd etmələri də çox vacibdir. Onlar üçün ət və otun dadı eyni olacaq. 30, 40 və ya 50 yaşda cinsi istəyiniz yoxdursa, bu da yaxşı hal deyil.
Sadə üsullardan istifadə edərək "karantin depressiyası"nı məğlub edə bilərsiniz. Bunun üçün şəxsi məkanın olması mütləqdir. Tək qalmaq istəyirsinizsə, bunu vaxtında edin".
Aytən Novruz
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb























.jpg)





.jpg)








