Sağlamlıq
Tanınmış professordan XƏBƏRDARLIQ - Sinir sistemini çökdürür
Türkiyəli professor Fevzi Sefa Dereköy bildirib ki, bir çox xəstəliklərin şiddətlənməsinə yol açan siqaret həm də sinir sisteminin çökməsinə səbəb olur.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor siqaretin ilk dəfə miqrenə qarşı vasitə olaraq istifadə edildiyini bildirib. Onun sözlərinə görə, nikotinin mənfi təsirləri sonrada ortaya çıxmağa başlayıb:
“Tütünün ağciyər xərçənginə səbəb olduğu yalnız 1950-ci illərdə elmi araşdırmalarla ortaya çıxdı. Siqaret tüstüsü qaz, qətran qarışığından və təxminən 1000 komponentdən ibarətdir. Bu qarışığın tərkibinə baxsaq, əsasən kanserogenlərdən, qıcıqlandırıcılardan, nikotindən və zəhərli qazlardan ibarət olduğu görə bilərik.
Qıcıqlandırıcı maddələr nəfəs yollarından (bronxlarda) ağciyərlərə daxil olan ifrazatları artırır, eyni zamanda aldığımız havanın və bu sekresiyaları təmizləyən tüklərin və immun hüceyrələrin fəaliyyətini pozur. Nikotin sinir sisteminə təsir göstərir; ürək döyümtülərini sürətləndirir, qan təzyiqini artırsa da, damarları sıxır və qandakı yağları artırır. Xüsusilə passiv siqaret çəkən, kənar tüstülərin təsirinə məruz qalan uşaqlarda bronxial xəstəliklər, badamcıq iltihabı, orta qulaq iltihabı və böyümüş boğaz əti daha çox müşahidə olunur.
Siqaret tüstüsindəki zəhərli qazlar karbonmonoksit, hidrogen sulfid və azot komponentləridir və qanın oksigenləşməsini pozarkən kanserogen təsir göstərir. Siqaret çəkənlərdə ürək xəstəlikləri və astma kimi xroniki ağciyər xəstəliklərinə də daha çox rast gəlinir”.
Ümumilikdə gündə 15 siqaret çəkən 30 yaşlı bir insanın ömrünün 5 ildən çox azaldığını vurğulayan professor bildirib ki, siqaret kişi ölümlərinin 25 faizinə, qadın ölümlərinin 7 faizinə səbəb olur:
“Siqaretin səbəb olduğu xərçəng növlərinə ağciyər, ağız və boğaz, larinqit, mədəaltı vəz, sidik kisəsi və böyrək xərçəngi daxildir. Kişilərdə ağciyər xərçənginin 91 faizi, qadınlarda isə 69 faizi siqaret çəkmə vərdişlərindən irəli gəlir”.
Aytən Məftun
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































