Sağlamlıq
Alimlər uğura imza atdı - Koronavirus bir çox virusa nisbətən daha yavaş mutasiya edir
ABŞ-ın Con Hopkins Universitetinin alimləri bildirib ki, SARS-CoV-2 yavaş-yavaş inkişaf edən viruslara aiddir, bu da uğurlu peyvəndi yaratmaq ehtimalını artırır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin araşdırması “Medical Xpress” saytında yayımlanıb.
Tədqiqatçıların fikrincə, virus 2019-cu ilin qışından bəri çox az genetik dəyişikliklərə məruz qalıb. Belə yavaş-yavaş dəyişən virusların ştamlarına qarşı vaksin, dərman hazırlamaq qripin törədicisi olan və sürətlə dəyişən yoluxucu agentlərə nisbətən daha asandır. Ümumiyyətlə, yüzlərlə növ koronavirus bir çox virusa nisbətən daha yavaş mutasiya edir.
Virusun peyvəndi üzərində çalışan alimlər SARS-CoV-2-nin xarici səthində yerləşən və virusun hüceyrəyə bağlanmasına, sonra onun içərisinə daxil olmasına imkan verən S-proteinə diqqət yetirib. Bu protein hüceyrənin səthindəki reseptor ilə birbaşa təmasa girən və peyvənd üçün ən çox hədəf kimi xidmət edən yüksək spesifik sahələrə malikdir. Bu günə qədər dünyanın hər yerində sıralanan 20 min genom nümunəsinin heç birində belə ciddi dəyişiklik müşahidə edilməyib.
Aytən Məftun
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
















.jpg)
.png)






.jpg)














