Sağlamlıq
Ürək xəstələri gündə 5 dənə yesə... - VİDEO
Video əlavə olunub.
xxx
İydə çox faydalı və müalicəvi giləmeyvədir. İydənin meyvələri, yarpaqları, ağacın qabığı qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu.
Publika.az xəbər verir ki, iydə ağacının yarpaqlarının və qabığının dəmləməsi ishal və babasil zamanı çox yaxşı kömək edir.
Kaliumla zəngin olan iydə ürək-damar sistemi üçün çox faydalıdır. Kalium ürəyin normal fəaliyyətini təmin edir, ürək ritminin pozulmasının qarşısını alır. Ürək xəstəlikləri zamanı və bu xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 5 iydə yeyin. İydə güclü büzücü təsirə malikdir və bu səbəbdən meyvənin çoxlu miqdarda istehlakı qəbizliyə səbəb ola bilər.
İydə sakitləşdirici təsirə malikdir, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, əhvalı yaxşılaşdırır.
İydənin tərkibində olan maddələr orqanizmi tonuslaşdırır, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir.
İydəni təzə halda yemək və həmçinin mürəbbə, cem, kompot hazırlamaq olar. Bəzi ölkələrdə iydəni qurudub un hazırlayırlar və daha sonra bu undan müxtəlif şirniyyatlar bişirirlər.
İydədən hazırlanmış dəmləmə tənəffüs sisteminə çox müsbət təsir edir, nəfəs yollarını təmizləyir.
Babasil zamanı iydənin yarpaqlarından və qabığından hazırlanmış dəmləmə oturaq vannaları üçün istifadə olunur. Belə vannalar genişlənmiş babasil düyünlərindən qanaxmanı azaldır və hamçinin ağrıları sakitləşdirir.
Büzücü təsirə malik olan bu dəmləmə həmçinin ishal zamanı da istifadə olunur
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































