Sağlamlıq
Dəfələrlə xəbərdarlıq etmişdik ki... - Professor
Dəfələrlə xəbərdarlıq etmişdik ki, kəskin respirator infeksiyaların, o cümlədən koronavirus infeksiyasının payız-qış mövsümündə aktivləşməsi gözləniləndir. Soyuq hava tənəffüs yollarına təsir göstərərək onun müdafiə qabiliyyətini zəiflədir. Odur ki, soyuq aylarda tənəffüs infeksiyalarının artması təbii haldır.
Bunu Publika.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib. Professor bildirib ki, COVID-19-a qarşı xüsusi vaksinin hələ hazır olmadığını nəzərə alaraq qoruyucu tədbirləri gücləndirmək labüddür:
“Tənəffüs yollarının qorunması üçün maskalardan istifadə etmək, sosial məsafənin gözlənilməsi və əl gigiyenasına əməl etmək lazımdır. Yalnız bu yolla yoluxmaların sayını məhdudlaşdıra bilərik. Bir neçə aydır ki, karantin qaydaları yumşaldılıb, məktəblər açılıb, ali tədris müəssisələrində də dərslərin müəyyən qaydada keçirilməsinə başlanılıb. İctimai nəqliyyatda sıxlığın artması nəticəsində yoluxma sayında kəskin artım yarana bilər. Odur ki, daha ehtiyatlı davranmalıyıq. Bədən müqavimətini gücləndirməyin əsas yolu sağlam qidalanma və aktiv həyat tərzidir. Ümumiyyətlə, sağlam qidalanma bütün yoluxucu xəstəliklərin əsas profilaktikasıdır”.
Həkim onu da əlavə edib ki, koronavirusun müalicəsində müəyyən irəliləyişlər var:
“COVID-19 xəstəliyinin əsas fəsadlaşması olan bronxit pnevmoniyanın qarşısını almaq üçün tədbirlər var. Buna baxmayaraq, xəstəlik öz öldürücülüyünü davam etdirir. Xüsusən risk qrupundan olan şəxslərdə ölüm faizi yüksək olaraq qalır, arxayınlaşmaq üçün hələ çox tezdir”.
Aytən Məftun
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar












.png)





.jpg)




.jpg)

.jpg)










