Sağlamlıq
Koronavirusun əllərə və ayaqlara təsiri
Həkimlərin sözlərinə görə, koronavirus infeksiyası xəstələrin əl-ayaq barmaqlarına qırmızı və bənövşəyi ləkələr, qabarcıqlar sala bilər.
Publika.az xəbər verir ki, bu barədə “Huffington Post” məqalə yayımlayıb.
Pandemiyadan əvvəl bu cür hallar donma nəticəsi olaraq qəbul edilirdi. Ancaq COVID-19 xəstələrinin sayının artması, həm də isti vaxtlarda daha çox insanın belə bir simptomdan şikayət etməsi həkimləri səfərbər edib. Tədqiqatçılar koronavirus xəstələri arasında barmaqlarında qırmızı və bənövşəyi qabarcıqlar yaranan 12 000 adam qeydə alıb. Xəstələr bu şişlərin ağrıdığını, ancaq ümumiyyətlə qaşınmadığını və qırmızılıq yox olduqdan sonra dərinin üst qatlarının soyulduğunu söyləyib.
Maraqlıdır ki, xəstələrin COVID-19 testlərinin cavabları mənfi olsa da, virus endotelial hüceyrələrdə və tər vəzlərində tapılıb. Beynəlxalq Dermatoloji Cəmiyyətlər Liqası və Amerika Dermatoloji Akademiyası qabarcıq və rəng dəyişməsinin 15 gün davam edə biləcəyini, ancaq bəzən 130-150 günə qədər qaldığını qeyd edib.
Tədqiqatçıların sözlərinə görə, bu əlamət xüsusən də simptomları olmayan xəstələrdə koronavirusu aşkar etmək üçün əsas ola bilər.
Aytən Məftun
-
Magazin218:12
İstanbulda "Azərbaycan Rüzgarı" "əsəcək" - FOTO
-
Sosial16:40
Müharibə ərəfəsində lentə alınan maraqlı görüntü: Döyüşdən çıxdı, toyuna yola salındı - VİDEO
-
Nida Xəbər 15:40
Sabahdan etibarən 4 gün... - Müdafiə Nazirliyindən xəbərdarlıq
-
Magazin215:00
Alla Puqaçova ilə bağlı şok iddia - 20 milyon dollarlıq əntiq əşyaları...
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO