Sağlamlıq
Üç qan qrupu infeksiyalara qarşı dözümlüdür, biri isə meyillidir
Alimlər infeksiyalara qarşı xüsusi güclü immuniteti olan qan qruplarını açıqlayıb.
Publika.az "İzvestiya" qəzetinə istinadla xəbər verir ki, bu ilk növbədə dördüncü qan qrupunun daşıyıcılarına aiddir.
Yuxarıda göstərilən qan qrupuna aid şəxslərdə orqanizm invaziv viruslarla, bakterial maddələrlə, bəzi kimyəvi birləşmələrlə mübarizə aparan interferon proteinini daha fəal istehsal edir.
Alimlər müəyyənləşdiriblər ki, dördüncü qan qrupu daşıyıcıları arasında müvafiq halların 92 faizində interferon yaxşı istehsal olunur.
Bununla yanaşı tədqiqatçılar vurğulayırlar ki, “Qan qrupu insan bədəninin virus infeksiyası zamanı interferonu necə istehsal edə biləcəyinə təsir göstərir ki, bu da birbaşa immun sistemi ilə əlaqəlidir”.
Birinci və üçüncü qan qrupları olan insanlar da infeksiyalara qarşı kifayət qədər güclü immun sisteminə malikdirlər. Onlarda interferonun istehsal göstəriciləri müvafiq olaraq 80 və 91 faiz təşkil edir.
İkinci qan qrupuna gəldikdə isə elmi mütəxəssislərin fikrincə müvafiq halların 40 faizində immun sistemi üçün zəruri olan zülal az istehsal olunur. Qeyd olunmalıdır ki, digər qruplardan fərqli olaraq bu qan qrupu yoluxucu xəstəliklərə meyillilik də yarada bilər.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





