Sağlamlıq
Koronavirus xəstələrində ola biləcək psixi pozğunluqlar
Koronavirus pandemiyası başlayandan bəri həkimlər xəstələrdə həyəcanverici simptomlar görməyə davam edir. Bu əlamətlər əsasən zehni pozğunluqlar və demans hallarının artması ilə əlaqədardır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Pskov regional yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Anastasiya Povtoreyko danışıb.
Həkimin sözlərinə görə, pandemiyanın başlanğıcından COVID-19 xəstələrində davranış reaksiyalarında ciddi dəyişikliklər qeydə alınıb: “Xüsusilə demans hallarının ikiqat artması ciddi narahatlıq doğurur. Həkimlər əvvəlcə bunu cəmiyyətdə bilinməyən bir xəstəlik qorxusunun artması ilə əlaqələndirdilər. Lakin sonradan Oksford Universitetinin həkimləri koronavirusu olan hər beşinci xəstədə zehni pozğunluqlara rast gəldiyini bildirdi. Bu, intoksikasiya sindromu fonunda viral ensefalit və ya reaktiv vəziyyətin nəticələri ola bilər. Ancaq bu günə qədər həkimlər koronavirusun nəticələrini tam qiymətləndirə bilmirlər.
SARS-CoV-2-nin sinir sisteminə zərər verdiyi və beyin iltihabına səbəb olduğu müəyyən edilib. Psixi pozğunluqların simptomlarının nə qədər davam edəcəyini zaman göstərəcək”, - deyə həkim əlavə edib.
Aytən Məftun
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































