Sağlamlıq
Məşhur alim mutant virusun təhlükəsi haqqında: “Məlum deyil”
Professor Mustafa Necmi İlhan koronavirus mutasiyalarının gündəlik yoluxma sayında artıma səbəb ola biləcəyini deyib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspert mutant virusun sürətlə yayıldığını qeyd edib.
“Yanvar ayının əvvəllərində ingiltərəli alimlər və Səhiyyə Nazirliyi bildirdi ki, mutant virus daha yoluxucudur, lakin öldürücülüyü yüksək deyil. İndi isə fərqli açıqlamalar verirlər. Yeni olduğuna görə xüsusiyyətləri haqqında geniş məlumatımız yoxdur, odur ki, izləməliyik. Son açıqlamada vurğulanıb ki, yoluxuculuğu sürətlidir, amma ölüm halları da 30 faiz artıb. Bu onu bildirir ki, öldürücülük qabiliyyəti də arta bilər. Əgər belə olarsa, daha diqqətli olmalıyıq”.
Professor bildirib ki, maska taxmalı, sosial məsafəyə diqqət etməli, qapalı məkanlara daxil olmaqdan çəkinməli və otağın havasını tez-tez dəyişdirməliyik. Əks halda rəqəmlər sürətlə artacaq:
“Mutant virusun COVID-19-la yoluxma yolları eynidir, simptomlar və əlamətlərdə də hər hansı fərq yoxdur. Bu səbəbdən də onları fərqləndirmək çətindir. Əlimizdə başqa seçim olmadığından diqqətli olmaq məcburiyyətindəyik. Hazırda Türkiyənin Elmi Komitəsi mutasiyaya uğramış virus üzərində araşdırmalar aparır. Onun Türkiyəyə İngiltərədən, yoxsa Cənubi Afrikadan gəlməsi araşdırılır. Eyni zamanda müalicə üsulları və hər hansı dəyişikliyin olub-olmaması qiymətləndirilir. Hələlik müalicə qaydası eyni şəkildə həyata keçirilir, lakin gələcəkdə dəyişiklik istisna deyil”.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


