Sağlamlıq
COVID-19-un beyinə vurduğu zərərlər - TANINMIŞ HƏKİM AÇIQLADI
Qoxu və dadbilmə qabiliyyətinin itməsi koronovirusun mərkəzi sinir sisteminə təsirinin nəticəsidir.
Bu sözləri Publika.az-a açıqlamasında bu yaxınlarda koronavirusa yoluxan və 8 gün reanimasiyada saxlanılan nevroloq Akif Kərimov deyib. Həkim bildirib ki, COVİD-19-un toksiki təsiri nəticəsində qoxu və dadbilmə duyğusu pozulur.

“Koronavirus böyrəyə və digər orqanlara zərər vurduğu kimi nevroloji ağırlaşmalara da gətirib çıxara bilir. Nevroloji problemləri olan xəstələrə kovidin təsiri orqanizmin müdafiəsindən asılı olaraq dəyişir. Bunun səbəbi hələ məlum deyil, elmi baxımdan kifayət qədər araşdırılmayıb. Elə meningit xəstəsi var ki, kovid onda ciddi fəsadlar yaratmır, elə xəstə var ki, ona pis təsir edir. Onu bilirik ki, koronovirus ilk növbədə laxtalanma proseslərinə təsir edir və uzunmüddətli beyin insultlarının, ifliclərin, ürək damarları və ağciyər arteriyalarının trombozunun əmələ gəlməsinə səbəb olur. Koronavirusun sinir sisteminə təsirinin əsas səbəblərindən biri qanda oksigen çatışmazlığı ilə damarlarda qidalanmanın pozulmasıdır. Odur ki, xəstə xəstəliyin son mərhələlərində çox əsəbi olur, yeni dövrlərdə isə intoksikasiyanın, yəni koronavirusun bədənə verdiyi zəhərli maddənin hesabına sinir uclarının zədələnməsi nəticəsində iybilmənin pozulması baş verir. Bəzi xəstələrdə isə müxtəlif nevroloji xəstəliklər, hətta insult əmələ gətirə bilir. Bundan əlavə, Covid-19-un xəstədə əvvəllər mövcud olan nevroloji xəstəliklərini daha da pisləşdirmək riski yüksəkdir”.
Həkim əlavə edib ki, Covid-19 xəstələrinin bəzilərində unutqanlıq, konsentrasiya çətinliyi, yuxu pozğunluğu və depressiya inkişaf edə bilər.
Aytən Məftun
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi





































