Sağlamlıq
Dietoloq dəri qoxusu ilə müəyyən edilə bilən xəstəlikləri açıqladı
Dəri insan bədəninin ehtiyac duymayan maddələri xaric etdiyi qlobal bir filtrdir, buna görə də onun vəziyyəti sahibinin sağlamlığı haqqında çox şey deyə bilər. Xüsusilə dəridən çıxan spesifik bir qoxu fiziki patologiyaların olduğunu göstərir.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı terapevt və dietoloq Natalya Lazurenko “Zvezda TV” kanalına çıxışında danışıb.
Onun sözlərinə görə, hüceyrə və orqanlar səviyyəsində metabolik xəstəliklər olduğu halda qoxu bədən sistemində bir problem olduğunu xəbər verir.
“Məsələn, zəhərli və bədəni turşlaşdıran maddələrin yığılması nəticəsində metabolik xəstəliklər yaranır ki, bu da dəridə xüsusi bir turş qoxuya səbəb olur. Bədəndəki bu turş qoxu zərərli məhsulların toplandığı siqnalını verir. Xüsusilə bənzər qoxu çox miqdarda protein və ya yağlı qida istehlak edərsə, ortaya çıxa bilər. Dəridəki qeyri-adi şirin qoxu diabetin inkişafına da işarə edə bilər. Xüsusi şirin və turş qoxu olması pozulmuş karbohidrat metabolizma prosesləri ilə əlaqəli olduğuna işarə edir” , - ekspert bildirib.
Eyni zamanda, həkim dərinin görünüşünün də vacib bir amil olduğunu vurğulayıb: “Sızanaqsız və hamar dəri sağlamlığınızın normal olduğunu göstərir. Səpki meydana gəlirsə, onların çıxdığı yerlərə əsasən bədənin hansı orqanlarına və sistemlərinə xüsusi diqqət yetirilməli olduğunu müəyyən etmək mümkündür. Məsələn, üzün alt hissəsində, xüsusən də çənədə iltihablı elementlər aşkar edilərsə, mədə-bağırsaq traktını yoxlamağa dəyər. Əgər onlar üzün alt çənə hissəsində çıxıbsa, cinsi hormonları yoxlamaq məsləhətdir”.
Mütəxəssisin sözlərinə görə, dəri səthində dəyişiklik spesifik göstəricilərdir: “İnsulin müqavimətinin spesifik dəyişiklikləri nəticəsində dirsək və dizlərdə qırışlar və tündləşmə görə bilərsiniz. Toxunanda daha kobud olur”.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































