Sağlamlıq
Koronavirusu ağır keçirən uşaqlarda ilk simptomlar
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov uşaqlarda yeni növ koronavirus infeksiyasının ağır formasının inkişafını göstərən bir sıra simptomları açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, A.Qorelovun sözlərinə görə, təngənəfəslik, bir neçə gün davam edən hərarət, eləcə də səpki ağır COVID-19 əlaməti ola bilər.
“Uşaqda təngənəfəslik və 3 gündən çox davam edən temperatur narahatçılığa səbəb olan əsas simptonlardır. Bu dəyişikliklər ağırlaşmanın əlamətləri, eləcə də çox iltihablı sindrom ola bilər”, - həkim “RİA Novosti”-yə verdiyi müsahibədə bildirib.
Mütəxəssis eyni zamanda səpkilərə diqqət yetirməyi tövsiyə edib.
Həkim əksər hallarda uşaqlarda koronavirus infeksiyasının daha yüngül keçdiyini vurğulasa da, ağırlaşma riskinin ola biləcəyini istisna etməyib.
Aytən Məftun
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü





































