Sağlamlıq
Delta ştammının TƏHLÜKƏLİ XÜSUSİYYƏTLƏRİ
Koronavirusun delta variantına yoluxan xəstələrdə simptomlar kovidin ilk dalğası zamanı yoluxanlardan fərqlənir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Virus infeksiyalarının Qarşısının Alınması və Müalicəsi üzrə Tədqiqat Mərkəzinin direktoru Georgi Vikulov və Moskva Dövlət Universitetinin Biologiya Fakültəsi Viroloji Bölməsinin professoru Aleksey Aqranovski “Moskva danışır” radiostansiyasına verdiyi müsahibədə bildirib.
Qeyd olunub ki, kovidin təhlükəli yeni növü mədə-bağırsaq traktına yönəlib. Tənəffüs yolları daha az təsirlənir.
“Bu, delta ştammının səbəb olduğu xəstəliyin inkişafındakı kliniki mənzərənin xüsusiyyətləridir. Patogenin reseptorları mədə-bağırsaq sisteminə daha çox təsir göstərir, nəinki yuxarı tənəffüs yollarına” , - Vikulov bildirib.
Bu cür simptomlar insanın fərdi xüsusiyyətlərinə görə dəyişə bilər. Ancaq peyvənd bədənin Hindistan növü ilə mübarizə aparmasına kömək edə bilər.
“Bu, ştammın fərdi xüsusiyyətləri sayəsində baş verə bilər. Ştamm pis və yoluxucudur. Vaksindən başqa çıxış yolumuz yoxdur” - deyə Aqranovski söyləyib.
Aytən Məftun
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı



































