Sağlamlıq
Koronavirus dalğası yenidən kəskinləşəcəkmi? - Həkim AÇIQLADI
Məktəb və universitetlərin açılmasına fərqli baxmaq lazımdır. Çünki məktəb şagirdləri peyvəndlənməyib, universitet tələbələri isə peyvəndlənib. Universitet üçün ciddi təhlükə gözlənilmir, odur ki, onların yenidən bağlanacağına inanmıram. Məktəblərdə isə yoluxma artarsa, bu məsələyə yenidən baxıla və tam yox, nisbi qapanma ola bilər.
Bu sözləri Publika.az-a pulmonoloq Eldar Zeynalov deyib.
Ekspert bildirib ki, məktəb şagirdlərinin peyvəndlənməsi gözlənilir: “18 yaşından kiçik uşaqların peyvəndlənməsi də gündəmə gələ bilər. Artıq bəzi xarici ölkələrdə 13 yaşına kimi uşaqlarda peyvəndlənmə nəzərdə tutulub və hazırda onun üzərində təcrübələr aparılır. Gələcəkdə bu, bizdə də reallaşa bilər.

Əyani tədrisin bərpa olunması təbii ki, artıma təsir edəcək faktordur. Bir otaqda 10 şagirdin olması yoluxma faizini artırır və onlar uzun müddət bir-biri ilə təmasda olacaqlar. Onların daşıyıcı olub-olmamağı qeyri-müəyyəndir, odur ki, hansısa fikir söyləmək çətindir. Amma onu deyə bilərəm ki, qapanmaların olmayacağına əminəm, çünki kiçik yaşlı uşaqlar bu xəstəliyi asimptomatik keçirirlər. Mənim proqnozlarıma görə, təhsildə keçənilki kimi ləngimə və dayanmalar olmayacaq”.
Həkim qeyd edib ki, havaların soyuması ilə əlaqədar respirator infeksiyaların artımı müşahidə olunacaq: “COVID-19, ya da adi qrip olmasını diaqnostik olaraq müəyyən etmək çətinlik yaradacaq. Təşvişə düşmək lazım deyil və yeni normalarla həyata davam etməliyik. Artıq bu məsələlərdə hamının məlumatı böyükdür. Hər hansı şagird, müəllim və vətəndaş özündə temperatur və ya digər simptomlar görürsə, müvəqqəti olaraq izolyasiya olmalıdır. Növbəti dalğa olsa belə, əvvəlkilər qədər yüksək olmamalıdır. Vətəndaşlar özlərini qorusa və qaydalara əməl etsə, məhdudiyyətlərin yenidən qüvvəyə minməsinin qarşısını almaq mümkün olacaq”.
Aytən Məftun
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































