Sağlamlıq
ÜST-dən HƏYƏCAN TƏBİLİ
Ümumdünya Səhiyyə Təşkilatı həftəlik hesabatında elan edib ki, Avropada COVID-19-dan ölümlər 10% artıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hesabata əsasən, 2021-ci ilin 1-7 noyabr həftəsi ərzində dünyada yoluxmalarda 1% artım müşahidə edilib və 3,1 milyondan bir qədər çox yeni yoluxma halı qeydə alınıb.
ÜST-nin Avropa Regional Ofisi isə əvvəlki həftə ilə müqayisədə son həftədə yoluxmaların 7% artdığını, digər regionlar üzrə isə azalma və ya sabit tendensiyaların olduğunu bildirib. Həmçinin Avropada ölümlərin 10% artdığı, digər bölgələrdə isə azalma olduğu qeyd olunub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluqe keçən həftə verdiyi açıqlamada Avropada yoluxma hallarının artdığı barədə xəbərdarlıq etmişdi:
“COVID-19 yoluxmaları bir daha rekord səviyyələrə yaxınlaşır. Yenidən episentrdəyik. Bu gün Avropa və Mərkəzi Asiyada hər bir ölkə yeni dalğa təhlükəsi ilə üz-üzədir və ya artıq bununla mübarizə aparır. 53 ölkədə virusun hazırkı yayılma sürəti ciddi narahatlıq doğurur. “Delta” variantı Avropa və Mərkəzi Asiyada üstünlük təşkil etməyə davam edir”.
Aytən Məftun
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















