Sağlamlıq
COVID-19 müharibəsində YENİ CƏBHƏ: 2022-ci ildə...
Cənubi Afrikada aşkar edildikdən qısa müddət sonra bir çox ölkəyə yayılan COVID-19-un “Omikron” variantı ilə bağlı narahatlıq və çaxnaşma davam edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, peyvənd istehsalçısı “Moderna” yeni ştama qarşı vaksin hazırlanmasına başladıqlarını elan edib. Peyvənd hazırlanmasında mRNA texnologiyasından istifadə edən “Moderna”nın tibb üzrə baş direktor müavini Pol Berton BBC-yə açıqlama verib. Berton yeni varianta qarşı hazırlana biləcək peyvənddən də danışıb:
“Hazırda istifadə olunan peyvəndlərin yeni varianta qarşı təsirini yaxın həftələrdə öyrənə biləcəyik. Əgər yeni vaksin hazırlamalı olsaq, 2022-ci ilin əvvəlində onu böyük həcmdə istehsal edə bilərik”.
Uğur Şahin və Özlem Türecinin şirkəti “BioNTech” də bu variantla bağlı açıqlama verib. Şirkətin sözçüsü qeyd edib ki, “Pfizer” və “BioNTech” aylar əvvəl mRNT peyvəndlərini 6 həftə ərzində yeni mutasiyalara qarşı uyğunlaşdırmaq üçün işə başlayıb. Yeni mutasiyalara qarşı ilk peyvəndlər 100 gün ərzində istifadəyə hazır olacaq.
Digər tərəfdən, “Johnson & Johnson” da peyvəndlərinin “Omikron” variantına qarşı təsirini ölçməyə başladıqlarını açıqlayıb.
Türkiyədə də istifadə edilən Çin peyvənd istehsalçısı “Sinovac” da mövzu ilə bağlı açıqlama verib. Şirkətin bəyanatında bildirilir ki, lazımi məlumatlar alındıqdan sonra “Omikron” variantına qarşı peyvənd hazırlaya bilərlər. Eyni virusa qarşı texnologiya və istehsal dəyişməyəcək, odur ki, çox qısa müddətdə vaksin hazırlanması mümkündür.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)