Sağlamlıq
ÜST-dən "Omikron" AÇIQLAMASI: Son çarə...
ÜST-ün Avropa regional direktoru Hans Klugenin sözlərinə görə, Avropada hər ay 120 min insan COVID-19 səbəbiylə vəfat edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekspert "Omikron" ştamı barədə açıqlama verib.
ÜST-ün direktoru vurğulayıb ki, Avropada COVID-19 yoluxmalarının xüsusilə 5-14 yaş qrupları arasında artıb: “Azyaşlı uşaqlarda yoluxma sayının orta əhalidən 2-3 dəfə çox olması “qeyri-adi bir vəziyyət”dir. Uşaqların infeksiyanı ailə üzvlərinə ötürmə riski yüksəkdir”.
Kluge bütün dünyada narahatlığa səbəb olan COVID-19-un "Omikron" variantının daha yoluxucu və ya ağır xəstəliklərə səbəb olub-olmaması barədə hələ səhih məlumatlar olmadığını qeyd edib.
“Son iki ayda yoluxma və ölümlər 2 dəfə artsa da, əvvəlki dalğalarla müqayisədə azdır. Vaksin olmasaydı, ölüm sayı daha çox olardı. Vaksinin məcburi olması son çarədir, digər seçimlər tükəndiyi zaman məcburiyyət tətbiq edilə bilər”, - mütəxəssis qeyd edib.
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















