Sağlamlıq
"Omikron" dünyanı necə dəyişəcək? - ÜST ən son yenilikləri elan etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkxove xəbərdarlıq edib ki, dünyada "omikron"dan daha yoluxucu olacaq yeni bir koronavirus ştamı yarana bilər. Onun fikrincə, virusun yeni variantı nə qədər çox dövr edirsə, bir o qədər də dəyişikliklərə məruz qalır.
Publika.az">Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kerkxove yeni ştamların daha yoluxucu olacağını söyləyib, çünki onlar hazırda yayılan variantlarla rəqabət aparmalıdır. Eyni zamanda mütəxəssis "delta" variantı ilə müqayisədə xəstəliyin daha yüngül gedişatına görə omikronu COVID-19-un zəif ştammı hesab etməməyə çağırıb.
Yanvarın 21-də məlum olub ki, dünyada gündə 3 milyon 777 min 104 nəfərdə COVID-19-a yoluxma qeydə alınıb ki, bu da pandemiyanın başlanğıcından bəri rekord gündəlik göstəricidir.
Eyni zamanda 24 saat ərzində COVID-19-dan 8741 nəfər dünyasını dəyişib. Ən çox yoluxanlar ABŞ, Hindistan və Fransada olub.
Təşkilat SARS-CoV-2 koronavirusunun tədricən endemik hala gəldiyini bildirib. Endemik xəstəlik bir bölgədə yayılmış bir xəstəlikdir.
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















