Sağlamlıq
ÜST-dən MÜJDƏ: yay aylarında...
Danimarkanın paytaxtı Kopenhagendə mətbuata açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional direktoru Hans Kluqe 3 amil səbəbilə COVID-19 pandemiyasının yayılmasına nəzarət etmək üçün Avropa ölkələrində əhəmiyyətli fürsətin yarandığını açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, H.Kluqenin sözlərinə görə, artıq pandemiyanın bitməsi üçün əlverişli şərait yaranıb.
O bildirib ki, peyvənd, infeksiyaya yoluxmanın, isti havalarda virusun yayılma meylinin aşağı olması və nəhayət “omikron”un daha az təhlükəli olması belə bir qənaətə gəlməyə imkan verir:
“Avropada qış mövsümünün sona çatması ilə yaz-yay aylarında virusun yayılma sürəti azalacaq. Yayda qışa nisbətən daha az yoluxma qeydə alınacaq. “Omikron”dan başqa yeni variantlar ortaya çıxa bilər. Avropadakı səhiyyə orqanları ictimai sağlamlığın gücləndirilməsi və qətiyyətli peyvənd kampaniyasının davam etməsi fonunda pandemiyanı nəzarət altında saxlaya biləcək”.
H.Kluqe Avropa ölkələrinin qitədən kənar dövlətlərdə peyvənd kampaniyalarına dəstəyinin vacibliyini də vurğulayıb.
Keçən həftə Avropada 12 milyon yoluxma ilə pandemiyada yeni rekordun qırıldığını açıqlayan Kluqe xəstəxanaların reanimasiya şöbələrində ciddi artım olmadığını söyləyib.
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















