Sağlamlıq
Azərbaycanda maska qadağası ləğv olunur?
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, maska taxmaq əslində xəstə adamdan sağlam insana yoluxmasının qarşısını almaq üçün bir vasitədir. Bu infeksiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən biri kimi dəyərləndirilir. Amma hazırda omikron ştamının əksər ölkələrdə, o cümlədən Azərbaycanda xeyli insan yoluxdurması kollektiv immunitetə gedən yolu yaxınlaşdırdı.
Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib.
Bir çox ölkələrin artıq maska qadağasını aradan qaldırmasına münasibət bildirən professor hesab edir ki, pandemiya ilə bağlı bir çox qərarlar yavaş-yavaş aradan qaldırılacaq:
src="/storage/files/upload/1d9c1de12cc68f10413f66ea8cc9fbef9bc6f336.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
“Omikron ştamının gördüyü rol vaksindən daha təsirli oldu. Bütün bunlar artıq ayrı-ayrı ölkələri maska taxmaq zərurətini nisbətən yumşaltmağa sövq etdi. Bu baxımdan açıq havada, havalandırması olan qapalı məkanlarda maska taxmağa indi lüzum görülmür. Odur ki, ölkələrin maska məcburiyyətini ləğv etməsinə qərar verməsi doğru addımdır. Yəqin ki, Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı tövsiyələri yaxın vaxtlarda açıqlanacaq və yavaş-yavaş bu qadağalar aradan qaldırılacaq. Azərbaycan da ÜST-ün tövsiyələrinə uyğun hərəkət edir. Güman ki, biz də bu situasiyanı yenidən dəyərləndirib bu cür qərarlar verə bilərik?”
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ














.jpg)
























