Sağlamlıq
Bu şəxslər risk altındadır
Psixoterapevt Natalya Qryaznova yazda səhhətlərində kəskinləşmə riski olan insanların qruplarını açıqlayıb.
Publika.az">Publika.az "lenta.ru"ya istinadən xəbər verir ki, mütəxəssis bunu qışda günəş və vitamin çatışmazlığı, maddələr mübadiləsinin yavaşlaması və stress hormonu kortizolun yüksək istehsalı ilə əlaqələndirib.
"Yazda metabolik proseslər sürətlənir, bu, fiziki və ruhi xəstəlikləri olan insanlarda vəziyyətin pisləşməsinə səbəb ola bilər. Emosional qeyri-sabitliyi, nevrotik pozğunluqları və hormonal disbalansı olan insanlar risk altındadır. Bu dövrdə panik ataka məruz qalan insanlar da ümumi vəziyyətlərində əhəmiyyətli dərəcədə pisləşmə hiss edə bilərlər. Həmçinin, alkoqol və ya psixoaktiv maddələrdən sui-istifadə, şiddətli stress, qeyri-adekvat və ya balanssız qidalanma da təsiredici amillər arasındadır. Tükənmişlik simptomlarına yuxululuq və ya yuxusuzluq, o cümlədən tez-tez soyuqlamaq daxildir. Xroniki yuxu çatışmazlığı və emosional tükənmə həddindən artıq yüklənməyə, daha sonra depressiyaya və ya psixi pozğunluğa səbəb ola bilər. Bundan əlavə, simptomlar hər kəsin fərdi temperamentindən asılıdır, xolerik və melanxolik insanlar daha çox risk altındadır", - Qryaznova izah edib.
O, narahatedici simptomlara vaxtında diqqət yetirməyi və əlamətlər müşahidə edilərsə, yüksək ixtisaslı həkimdən kömək istəməyi tövsiyə edib.
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO

























.jpg)
.jpg)










