Sağlamlıq
ÜST rəsmisi: “Mən də yoluxdum, çox ağır keçirdim”
Xəbər verdiyimiz kimi, dünyada 6,3 milyondan çox insanın ölümünə səbəb olan koronovirus pandemiyası yenidən sürətlə yayılmağa başlayıb.
Publika.az xarici mətbuata istionadən xəbər verir ki, bununla əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional direktoru Dr. Hans Henri Kluqe bu gün ölkələri ayıq-sayıq olmağa səsləyib. O, bildirib ki, Türkiyə, İsrail, Qazaxıstan, Almaniya, Fransa və Bosniya və Herseqovina kimi ölkələrdə yoluxma sayı xüsusilə artmağa başlayıb. O, COVİD-19 pandemiyasının payız və qış aylarında şiddətlənə biləcəyini söyləyib.
“Omikronun BA.2 və BA.5 alt variantları yayılaraq dominant virusa çevrilib. Məktəblərin açılması, yay fəslinin bitməsi və soyuqların gəlişi inlə bağlı olaraq insanlar qapalı yerlərdə daha çox vaxt keçirəcək. Nəticədə yoluxmalar da artacaq. Tibb işçilərinin üzərinə yenidən ağır yük düşə bilər. Son 6 həftədə Avropada yoluxma sayı üç dəfə artdı, yalnız son bir həftədə yeyeni yoluxmalar 3 milyona yaxınlaşdı. Bu rəqəm bütün dünyada baş verən yoluxmaların yarısı deməkdir. Xəstəxanaya yerləşdirmə nisbəti də iki dəfə artıb. Avropada hər il 3 minə yaxın insan COVİ-19-dan ölür”.
Kluqe ölkələrin bir-bir təqib etməli olduqları 5 addımlı strategiyanı da açıqlayıb.
ÜST-ün təklif etdiyi 5 bəndlik fəaliyyət planı aşağıdakı kimidir:
– Ümumi əhali arasında peyvəndlənmənin sürətini artırmaq.
– İmmuniteti zəif olanlara və risk qruplarına ikinci xatırlatma dozası vermək.
– İctimai nəqliyyatda və qapalı yerlərdə maskalardan istifadəni təşviq etmək.
– Məktəblər, ofislər, ictimai nəqliyyat kimi qapalı və izdihamlı ictimai yerlərdə havalandırmanın yaxşılaşdırılması.
– Risk altında olanlar üçün müalicə protokollarının həyata keçirilməsi.
İki həftə əvvəl COVİD-19-a tutulduğunu söyləyən Kluqe xəstəlik dövrünü ağır keçirdiyini dilə gətirib:
“Virusa ilk dəfə yoluxdum, xəstəlik məni yerə dirədi. Çox çətin 3 gün keçirdim, yüksək hərarət, tərləmə, təngənəfəslik var idi. Əgər tam peyvənd edilməsəydim, yəqin ki, çox çətin olacaqdı”.
Aytən Məftun
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















