Bu şəxslər COVID-19-u ağır keçirə bilər - Həkim XƏBƏRDARLIĞI
Bizi izləyin

Sağlamlıq

Bu şəxslər COVID-19-u ağır keçirə bilər - Həkim XƏBƏRDARLIĞI

2021-ci ilin ikinci yarısında COVID-19-a yoluxan bir çox insanlar mümkün fəsadlarla üzləşə bilər.

Publika.az xəbər verir ki, bunu rusiyalı həkim Andrey Zvonkov deyib.

Onun sözlərinə görə, virus daha çox damarlara və ağciyərlərə təsir edir: “Sonra bütün bədənə yayılır, müxtəlif sahələrə, orqanlara və toxumalara - beyinə, qaraciyərə, böyrəklərə, ürəyə təsir edə bilər”.

Həkim qeyd edib ki, bir il əvvəl virusa yoluxmuş bir insanın yenidən yoluxması ağırlaşmalarla nəticələnə bilər: “Bu, infeksiyanın müddətindən və gedişindən asılıdır. Kiminsə bəxti gətirmədi və çoxsaylı orqan problemləri yarandı, bütün sistemlər zədələndi, ağciyər çatışmazlığı ilə üzləşdi, tənəffüs yetməzliyi ürəyə yükün artmasına səbəb oldu və s.” - həkim qeyd edib.

Zvonkov xəstələnənlərə mütəmadi olaraq müayinədən keçməyi və ya reabilitasiyaya müraciət etməyi tövsiyə edib.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm