Sağlamlıq
Alimlərdən xəbərdarlıq: "Bu üsulla arıqlamaq olmur"
Aberdin Universitetinin Şotland bioloqları araşdırma aparıblar ki, doyumlu səhər yeməyi mənimsənilməsinə təsir etmir.
Publika.az xəbər verir ki, bu barədə təcrübənin nəticələri "Science Direct"də dərc olunub.
Professor Aleksandra Conson qeyd edib ki, yemək saatının bədən çəkisi və sağlamlığa təsiri haqqında çoxlu miflər var.
Alimlər artıq çəkili və normal çəkili insanları eksperimentdə iştirak etməyə dəvət ediblər. Onlar çəkidən asılı olmayaraq, iki qrupa bölünüblər. Bəzi iştirakçılara tutumlu səhər yeməyi, digərlərinə isə ağır şam yeməyi təyin edilib və bir aydan sonra yerlər dəyişib.
Eyni zamanda, alimlər eksperiment iştirakçılarının ümumi enerji xərclərini qeydə alıblar.
Araşdırmanın nəticələrinə görə, hər iki qrupda enerji sərfiyyatının və ümumi itirilmiş çəkinin eyni olduğu aydın olub. Bununla belə, doyurucu səhər yeməyi təyin edilmiş iştirakçılar səhərlər iştaha daha yaxşı nəzarət etdiklərini qeyd ediblər. Alimlərin fikrincə, bəzi insanlar belə bir sistemin köməyi ilə arıqlamağı bacarırlar, lakin bu, yemək saatı ilə deyil, onların maddələr mübadiləsinin xüsusiyyətləri və sirkadiyalı ritmləri ilə əlaqədardır.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)